ABŞ Əfqanıstanda həkimləri bombadı

Əfqanıstanın Kunduz şəhərində «Sərhədsiz Doktorlar» qrupunun hospitalı gecəyarısı hava hücumu zamanı dağılıb, 3 işçi həlak olub, 30 nəfər itkin düşüb.
 
Bu barədə «Sərhədsiz Doktorlar» qrupu məlumat yayıb. Oktyabrın 3-də qrup bildirib ki, onlar hava hücumundan, işçilərinin və pasiyentlərin öldürülməsindən şok keçiriblər.
 
Qrupun açıqlamasına görə, döyüşlər «Taliban» və NATO-nun dəstəklədiyi əfqan qoşunları arasında gedib.
 
NATO bu hücuma görə məsuliyyət daşıya biləcəyini deyib. NATO bildirib ki, ABŞ qüvvələri Kunduz şəhərində yerli vaxtla gecə 2-də hava hücumu əməliyyatına rəhbərlik edib. Qurumun açıqlamasına görə, hücum nəticəsində tibb müəssisəsinə də zərər dəyib. «Bu insident araşdırılacaq» – NATO bildirib.
 
«Taliban»ın hava qüvvəsi yoxdur. 

Google+ WhatsApp ok.ru