Iran və İraq təhlükəsizlik sahəsində əməkdaşlığını artırır

Ərbəin ziyarətinin təşkilində iki ölkə sıx əməkdaşlıq edəcək

Əgər İran və İraq razılaşarsa İraqın Nəcəf şəhərindən Kərbəla şəhərinə kimi olan yolda  Ərbəin ziyarəti dövründə zəvvarlara xidməti İranın əyalətləri təşkil edəcək. Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bu gün İraqlı həmkarı Məhəmməd Salim əl-Ğabban ilə keçirdiyi müştərək mətbuat konfransıda jurnalistlərə deyib. 
Maide.az-ın Mehr agentliyinə istinadən məlumatına görə, Ə.Rəhmani Fəzli deyib ki, İraqlı həmkarıma təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması, təcrübə mübadiləsi və İraqlı polis qüvvələrinə təlimlərin təşkili , milli və regional səviyyədə əməkdaşlığın inkişafı sahələrində müzakirələr apardıq. 
Ə.Rəhmani Fəzli deyib ki, İran İraq dövləti ilə əməkdaşlığı özü üçün dini borc bilir və ümid edirik bu əməkdaşlıq iki ölkənin güclənməsinə və regionda sabitliyin təmininə kömək edəcək. “İran təhlükəsizlik sahəsində polislərin təchizi, təlimi və digər sahələrdə İraq hökuməti ilə əməkdaşlığını inkişaf etdirməyə hazırdır. Sərhədlərin qorunması sahəsində də öz təcrübəmizi bölüşməyə hazırıq”
Ə.Rəhmani Fəzli deyib ki, razılaşdıq ki, İraqdakı müqəddəs məkanları ziyarətə gedən zəvvarların təhlükəsizliyinin təmini və onların rifahının təmini məqsədi ilə müştərək işçi qrup yaradılsın və onlar bu işləri görmək üçün proqram hazırlasınlar. “İraqın Nəcəf şəhərindən Kərbəlaya kimi 85 kilometrdir. Əgər razılıq əldə olunarsa İmam Hüseyn (ə) qırx (ərbəin) mərasimi günləri bu yol İranın əyalətləri arasına bölünəcək. Hər 5 kilometrə İranın bir əyaləti nəzarət, zəvvarlara xidmət və onların rifahını təmin edəcək”.
İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğabban yanvarın 17-də Tehrana səfər edib./
 
 
 

Google+ WhatsApp ok.ru