Türkiyədə dövlət binası raketlə vuruldu

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda dövlət binasına raket atılıb.
 
Binada həm icra nümayəndəliyi, həm də polis idarəsi yerləşir. Raket 5 mərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. İlkin məlumata görə, ölən və yaralanan yoxdur. 
 
Raket atəşindən sonra ətrafda silah səsləri eşidilib. Terrorçuların qaçdığı və əraziyə çox sayda polis maşınının gəldiyi bildirilir. Polislər terrorçuları tutmaq üçün genişhəcimli əməliyyat keçirir. musavat/

Google+ WhatsApp ok.ru