Iran və Rusiya SU-30 tipli qırıcıları birgə istehsal edəcək

İranın müdafiə naziri Hüseyn Dehqan deyir ki, Tehran və Moskva SU-30 tipli qırıcı təyyarələrinin alqı-satqısına dair danışıqlar aparır. 
 
Maide.az xəbər verir ki, H.Dehqan deyib ki, Rusiyadan qırıcı təyyarələrin alınmasına gəlincə, ordunun hərbi hava qüvvələrinin ehtiyacınıtəmin etmək məqsədi ilə, hazırda Ruslarla müzakirələr aparırıq və yaxın vaxtlar müqavilə imzalanacaq. 
 
O deyib ki, biz Rusiyada SU-30 tipli qırıcı təyyarələri almağı planlaşdırırıq.  “Hələlik alacağımız qırıcıların sayını elan etmirik. Ruslarla danışıq aparmışıq ki, bu tipli təyyarələrin birgə istehsalını da həyata keçirməliyik”. 
 
İranın müdafiə naziri bu ölkənin Çindən qırıcılar almasına dair yayılan xəbərlərin yalan olduğunu bildirib. 
 
H.Dehqan deyib ki, Rusiya yaxın bir ay ərzində İrana S-300 zenit raket komplekslərini də təhvil verəcək. 
 
 
 Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

Google+ WhatsApp ok.ru