İngiltərədə təcavüz nəticəsində ölən müsəlmanın təhqir edildiyi məlum olub

İngiltərənin Rotherham şəhərində səhər namazı üçün məscidə gedərkən məruz qaldığı hücum nəticəsində həyatını itirən 81 yaşlı Möhsün Əhmədin, "yumruqlandığı və təhqir edildiyi" bildirilib.
 
Maide.az xəbər verir ki, Sheffield Ağır Cəza Məhkəməsindəki iclasda İngiltərə vətəndaşı Əhmədin irqçilik nəticəsində təcavüzə qurban getdiyi bildirilib.
 
Məhkəmədə təcavüzkarlardan Dale Jones qız dostunun uşağının atası ilə yaşadığı problemlərə görə aqressivləşdiyi və hadisədən əvvəlki gün səhər əsəbi şəkildə Rotherhamdakı evdən çıxdığını bildirilib. Həmin gün spirtli içki və narkotik qəbul edən Jones hadisədən qısa müddət əvvəl asiyalı bir sürücünün taksisinə mindiyi, səfər zamanı taksiçiyə qarşı irqçi ifadələr işlədərək, sözlə təcavüz etdiyi bildirilib.
 
Müdafiə vəkili Endryu Robertson Jones ilə digər bir təcavüzkar Damien Huntun Əhmədi küçədə gördüyü anda, yaşlı adama qarşı irqçi ifadələr istifadə edərək qışqırmağa başladıqlarını və pedofillikdə ittiham etdiklərini söyləyib.
 
29 yaşlı şübhəlilər Jones və Hunt cinayəti rədd edərək, bir-birini günahlandırıb.

Google+ WhatsApp ok.ru