Iran və Pakistan sərhədində atışma olub

Iran və Pakistan sərhədində atışma olub

İranda narkotik qaçaqmalçıları ilə polis arasında qarşıdurma baş verib. 
Maide.Az xəbər verir ki, İranın Sistan və Bəluçistan əyalətində sərhədçilər və Sepah  birgə əməliyyat keçirib. Narkotik qaçaqmalçıları ilə İran qüvvələri arasında  atışma baş verib. Pakistandan  İrana keçmək istəyən qaçaqçılar İran təhlükəsizlik qüvvələrinin  açdığı atəş nəticəsində içərisində  1 ton 350  kiloqram narkotik  olan  avtomobilləri buraxaraq  qaçıblar. Qaçaqmalçılar Pakistan ərazisinə  giriblər.
 
 

Google+ WhatsApp ok.ru