Bəhreyn rejimi daha 4 Əhli-Beyt (ə) ruhanisini həbs etdi

Bəhreyn rejimi daha 4 Əhli-Beyt (ə) ruhanisini həbs etdi

Bəhreyn rejimi paytaxt Manamada ölkənin daha 4 nüfuzlu Əhli-Beyt (ə) ruhanisini həbs edib.
 
Mirətul-Bahrein saytının xəbərinə görə, Ali Xəlifə rejimi məscid imam-camaatı Şeyx İsa Mumin və İslam Alimlər Məclisi üzvlərindən Şeyx Əli Həmli, Seyyid Muhsin Ğarifi və Seyid Fazil Zəkini həbs edib.
 
Bəhreyn polisi paytaxt Manamanın şərqində yerləşən Deyr rayonundakı Hif məscidinin imamı Şeyx İsa Mumini həbs etdikdən sonra sorğulamaq üçün prokurorluğa çağırılan Əhli-Beyt (ə) ruhaniləri Şeyx Əli Həmli, Seyyid Muhsin Ğarifi və Şeyx Fazil Zəkini də həbs edib.
 
Bəhreyn rejimi bir müddət əvvəl də İslam Alimlər Şurasının katibi Seyyid Məcid Məşalı 15 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırıb.
 
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarına və ruhanilərinə qarşı təzyiqlər və həbslər davam etsə də, Bəhreyn xalqı rejim əleyhinə nümayişlərinə fasilə vermir.
 
Əd-Diraz sakinləri dünən axşam da vətəndaşlığı ləğv edilən Şeyx İsa Qasimin evinin qarşısında aksiya keçirərək, Ali Xəlifə rejiminə etirazlarını bildiriblər. (Deyerler.org)
 

Google+ WhatsApp ok.ru