Iraqın şimalında silahlı hücumda 12 nəfər həlak olub

İraq polis qüvvələrinin məlumatına görə,  silahlı şəxslər  İraqın şimalında Səlahəddin əyalətinin Bələd şəhərində restorana hücum edib. 
 
Maide.Az xəbər verir ki, hücum zamanı ən az 12 nəfər həlak olub,  25 nəfər yaralanıb. 
 
Ötən gecə baş verən bu terror aktının İŞİD  terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru