Şivan Perver: Ərdoğan bildiyi yolu ilə getməyə davam etsə, Türkiyə Suriya olacaq

"Çözüm sürcei"ndə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək verən kürd əsilli Şivan Perver, "Əgər Ərdoğan tənqidlərə qulaq asmayıb, bildiyi yolu ilə getməyə davam etsə, Türkiyə bir Suriya olacaq" xəbərdarlığını edib. 
 
Maide.az-ın məlumatına görə, Rumıniyanın Buxarest şəhərində "Cümhuriyyət" qəzetinə açıqlama verən Perver, həll prosesinə inamının qalmadığını, siyasi pərdələrin arxasındakı xəyanətləri gördüyünü söyləyib. Hökumətin də Kandilin də insanların ölümündən məsul olduğunu vurğulayan Perver, "Hakimiyyət və güc uğrunda insanlar ölür", - deyib
 
Jurnalistin, "Ərdoğanın həll prosesində sizə uzatdığı əli tutdunuz. Peşmanmısınız? Aldadıldığınızı düşünürsünüzmü?" suallarına Perver belə cavab verib: 
 
"Aldadılmaq yox, yeni şeylər öyrəndim. Siyasi pərdələrin arxasındakı xəyanətləri gördüm. Yaxın Şərqdə liderlik, siyasətçilərin marağına görə dəyişir. Cəmiyyətlər, liderlərə qurban edilir. Mən də 40 illik azadlıq mübarizəmi həll prosesinə qurban verdim. Bunun az da olsa dəyərini bilmədilər. Həll prosesinə inamım qalmadı. Həll prosesini ortaya atan Ərdoğan və Öcalan oldu. Həll prosesinə ən böyük zərbəni də təəssüf ki, Ərdoğan və Öcalanın PKK-sı, Kandil vurdu.
 
Güc və hakimiyyət hərisliyi hər tərəfi dağıtmağa başladı. Hər gün minlərlə andan nifrin almaq, vicdanlı və mərhəmətli bir müsəlman üçün xeyirə əlamət deyil. Əgər Ərdoğan tənqidlərə qulaq asmayıb, bildiyi yolu ilə getməyə davam etsə, Türkiyə Suriya olacaq."

Google+ WhatsApp ok.ru