Misir təhlükəsizlik qüvvələri turistlərə atəş açdı: 12 ölü

Misir təhlükəsizlik qüvvələrinin Qərbi Səhrada meksikalı və misirli turistlərin yerləşdiyi avtomobilləri terrorçu hesab edərək səhvən açdığı atəş nəticəsində 12 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.
 
Maide.az xəbər verir ki, Misir Daxili İşlər Nazirliyinin açıqlamasında təhlükəsizlik qüvvələrinin 4 cipə atəş açdığı, 12 nəfərin öldüyü, 10-nun isə yaralandığı təsdiqlənib. 
 
Açıqlamada həmçinin bildirilir ki, sonradan turist olduğu anlaşılan qrup "təhlükəli regionda" hərəkət edirmiş. 
 
Ölü və yaralılar içərisində neçə nəfərin meksikalı olduğuna dair məlumat verilməyib.
 
Liviya sərhədində yerləşən Qərbi Səhrada xüsusilə də insan və silah alverinin tez-tez baş verdiyi müşahidə olunur. Misir təhlükəsizlik gücləri, bölgədə son iki ildir sərhəd təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirir. 

Google+ WhatsApp ok.ru