`Juno` tufanı Nyu York və Bostonda hərəkəti dayandırıb

Nyu York şəhəri və ABŞ-ın digər şimal-şərq ərazilərində nəqliyyatın hərəkətı dayanıb. Hava proqnozçuları deyirlər ki, sakinləri "sarsıdacaq" həcmdə qarın yağacağı gözlənilir.
 
Maide.az xəbər verir ki, proqnozlara əsasən Juno Qış Tufanı nəticəsində Nyu Cersi, Men və Nyu Hempşirin bəzi ərazilərinə 76 santimetrədək qar yağa bilər.
 
Bazar ertəsi 23:00-dan (Bakıda çərşənbə axşamı, 08:00) təcili yardım maşınları olmayan bütün nəqliyyatın hərəkəti qadağan edilib, qatarlar isə dayandırılıb.
 
Boston şəhərində də oxşar tədbirlər görülüb.
 
Tufanın 60 milyonadək adama təsir göstərə biləcəyi deyilir.
 
Nyu York, Nyu Cersi, Konnektikut, Rod Aylend, Massaçusets və Nyu Hempşir ştatlarında fövqəladə vəziyyət elan olunub.

Google+ WhatsApp ok.ru