İŞİD Liviyada lüks otelə hücum edib

Liviyanın paytaxtı Tripolidəki Corinthia Otelə bomba yüklü avtomobillə hücum təşkil olunub. İŞİD terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən silahlıların oteldəki 3 təhlükəsizlik əməkdaşını öldürdüyü bildirildi.
 
Maide.az xəbər verir ki, silahlıların sayının 10 nəfər olduğu deyilir. 
 
İŞİD-ə yaxın bir internet saytında "Əbu ənəs Əl-Libi Gazvəsi" adı ilə yayımlanan videoda, təcavüzü təşkilatdan bir intiharçının həyata keçirdiyi iddia edilib.

Google+ WhatsApp ok.ru