Kərbəlada İmam Hüseyn (ə) adına hava limanı tikiləcək

Iraqın Nəqliyyat Nazirliyi Kərbəla şəhərində yeni beynəlxalq hava limanı tikəcək. 
Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına görə, artıq hava limanının tikilməsi ilə bağlı sənəd bu gün imzalanıb. Yeni tikiləcək hava limanı “İmam Hüseyn (ə)” adını daşıyacaq. 
Yeni tikiləcək hava limanı dünya standartlarına uyğun və bölgədə ən modern və  böyük airaportlardan biri olacaq. Hava limanı vasitəsi  ilə ildə 15-20 milyon nəfər sərnişinin daşınması nəzərdə tutulub. Hava limanını Fransa şirkəti ən modern standartlara uyğun tikəcək. /
 

Google+ WhatsApp ok.ru