Daha bir təyyarə yoxa çıxdı - Yenilənib

Yoxa çıxmış təyyarə Belitunq adasının yaxınlığında suya düşüb

Bu gün 162 sərnişinlə birlikdə yoxa çıxan Malayziya təyyarəsindən xəbər var. ANS PRESS-in məlumatına görə, radarlardan itmiş Air Asia şirkətinin təyyarəsi hava burulğanlığına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb. 
 
Bunu İndoneziyanın Milli axtarış-xilasetmə xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Supriandi Minqqu bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə komandası artıq Belitunq adasına yollanılıb.
 
Göyərtəsində 162 nəfərə yaxın sərnişin olan təyyarə bazar günü havaya qalxıb və bir müddətdən sonra təyyarə ilə əlaqə kəsilib. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.
 
 
****
 
Malayziya aviaşirkətlərinə məxsus təyyarələrdən biri radardan itib
Bu gün Malayziyaya məxsus daha bir təyyarə yoxa çıxıb. 
 
ANS PRESS-in məlumatına görə, Malayziyaya məxsus içərisində 162 nəfərə yaxın insan olan “Air Asia” şirkətinin təyyarəsi bu gün İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radarlardan itib. 
 
Dispetçer məntəqəsindən pilotlarla əlaqə yaradılmağa çalışsa da cəhdlər baş tutmayıb. Paytaxt Cakartanın dispetçer məntəqəsi yerli vaxtla 6:17-də “QZ 8501” reysiylə əlaqəni itirdiyi barədə xəbər yayıb. 
 
İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsilmədən əvvəl başqa marşrut tələb edib.
 
Reyter agentliyi isə yaydığı xəbərdə bildirir ki, təyyarədə 155 sərnişin olub, onlardan 149-u indoneziyalı, üçü koreyalı, biri britaniyalı və biri malaziyalıdır.
 
Xatırladaq ki, bu il mart ayının 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.
 

Google+ WhatsApp ok.ru