Kəşmirdə 8 nəfər həlak olub

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir regionunda atışma olub, azı 8 dinc sakin ölüb, onlarla yaralı var.
 
Hindistan ordusunun sözçüsü Manish Mehta deyib ki, Pakistan əsgərləri ölkənin mövqelərinə atəş açıb, 6 dinc sakin həlak olub. 17 yaralı var.
 
Pakistan ordusu isə atışmada 22 dinc sakinin öldürüldüyünü, ikisinin yaralandığını bildirir.
 
Bir həftədir tərəflər arasında atışmalar hər gün baş verir.
 
Kəşmir 1947-ci ildə Britaniyadan ayrılandan bəri Pakistanla Hindistan iki dəfə bu regiona görə müharibə aparıb. Hər iki ölkə bu ərazinin ona məxsus olduğunu bildirir.

Google+ WhatsApp ok.ru