İranın xarici işlər naziri Rusiyaya səfər edib

İran İslam Respublikası xarici işlər naziri Rusiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün bu gün Moskvaya səfər edib.
 
Maide.az İRİB-ə istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif bu gün Moskvaya olan səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq əməkdaşlıqların o cümlədən terrorizm və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizənin aparılması barədə danışıqlar aparmalıdır. 
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə deyib: Sergey Lavrov bazar ertəsi günü Məhəmməd Cavad Zərif ilə görüşəcək. İran və Rusiya xarici işlər nazirləri bu görüşdə region də dünyanın həssas məsələləri ilə bağlı öz baxışlarını açıqlayacaqlar.

Google+ WhatsApp ok.ru