Kəbədə yağış sürprizi

Məkkə şəhərində axşam namazından sonra başlayan qısa müddətli yağış zəvvarları təəccübləndirib.
 
Maide.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüz minlərlə zəvvara ev sahibliyi edən və hava temperaturunun 30 dərəcəni keçdiyi Məkkədə yağış dünən axşam namazından sonra başlayıb. 
 
Məscidi Hərama çatmağa çalışan minlərlə zəvvar təxminən 10 dəqiqə müddətində yağan yağışdan daldalanmaq üçün Kəbə ətrafındakı tikililərə sığınıb.
 
Yağışdan sonra hava temperaturu 29 dərəcəyə qədər düşüb. Kəbədə getdikcə artan sıxlığı nəzərə alaraq axşam namazından sonra Kəbəyə girişlərə bir müddət icazə verilməyib.
 
Bu arada Kəbədə təvaf dairəsinin genişləndirilməsi layihəsində son mərhələnin başa çatdığı bildirilib.
 
Məscidi Həram və Məscidi Peyğəmbər İşləri İdarəsinin sədr müavini Məhəmməd bin Nasir Əl-huzaym genişləndirmə işlərini yoxlamaq üçün etdiyi Kəbə ziyarətində təvaf dairəsinin genişləndirilməsi layihəsində üçüncü və son mərhələnin tamamlandığını söyləyib.
 
Huzaym Allahın evinin (Kəbə) asan və rahat bir şəkildə həcc ibadətlərini yerinə yetirmələri üçün qonaqlarını qəbul etməyə hazır olduğunu bildirib.
 
O bildirib ki, Kəbənin ətrafının genişləndirilməsindən sonra saatda 105 mindən çox insan ziyarət edə biləcək. 

Google+ WhatsApp ok.ru