Amerika əhalisinin 14 faizi aclıqdan əziyyət çəkir

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin statistikası açıqlanıb. Məlumata əsasən ötən il bu ölkədə 17 milyon 400 min nəfər ailələrinə yetəcək qədər lazımi ərzaq məhsulları ala bilməyiblər və aclıqdan əziyyət çəkiblər.   
 
Maide.az beynəlxalq KİV-lərin məlumatına əsasən xəbər verir ki, Amerika əhalisinin yalnız 86 faizi ailələrinin qarnını doyurmaq üçün lazımi ərzağı almaq gücündədir.
 
ABŞ əhalisinin 14 faizi elan ediblər ki, ötən il müxtəlif vaxtlarda aclıqdan əziyyət çəkiblər və həmin şəxslərin 80 faizi öz aclıqlarının səbəbi kimi maddi imkansızlığı göstəriblər. / 

Google+ WhatsApp ok.ru