Kəbənin örtüyü dəyişdirilib - FOTO

Maide.az xəbər verir ki, hacıların Məkkeyi Münəvvərdən Ərəfata çıxdığı Ərəfə günü sübh namazından sonra dəyişdirmə həyata keçirilib. Bir gün əvvəl təkərli liftlərlə Kəbənin damına çıxan vəzifəlilər, 47 metr uzunluğundakı, 657 kvadrat metr sahəsi olan Kəbə örtüyünü 4 guşədən sökərək dəyişdirmə prosesinə hazırlayıb. Köhnənin çıxarılıb yenisi ilə əvəzlənməsi 5 saat çəkib. Üzərində ayə yazılmış və 250 nəfərin əl işi olan toxunma yeni örtük yuxarı çəkilib.
 
Bir Kəbə örtüyünün hazırlanması üçün 670 kiloqram xalis ipək, 120 kiloqram gümüş və qızıl istifadə edilir. 250 nəfərin bir illik işinin əsəri olaraq toxunan örtük, hər il Zilhəcc ayının 1-ci günü əş-Şeybə ailəsinə təhvil verilir.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru