ABŞ-dan Suriyadakı Rusiya təyyarələrinə dair açıqlama

ABŞ dövlər katibi Con Kerri ABŞ və Hindistan arasında strateji ticarət əlaqələri üzərində hindli həmkarı Sushma Svaraj ilə keçirdiyi birgə mətbuat konfransından sonra Suriyadakı Rusiya təyyarələrinə dair sualları cavablandırıb.
 
Maide.az xəbər verir ki, Rusiya təyyarələri haqqında amerikalı səlahiyyətli və mütəxəssislərin fikirlərini bildirən Kerri, "Hazırda əsgərlərimizin və mütəxəssislərimizin qiymətləndirməsinə görə, təyyarələrin səviyyələri və növləri müdafiə məqsədlidir", - deyib.
 
Kerri sözügedən təyyarələrin varlığının, Rusiyanın Suriyadakı uzunmüddətli planları əsasında, rusların niyyətləri haqqında sual işarələri yaradacağını bildirib.

Google+ WhatsApp ok.ru