Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı - VİDEO

Kəbənin örtüyü 3 metr yuxarı qaldırıldı - VİDEO

Məscidi-Haram İşləri Rəhbərliyi Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi 15 Zilqədə gecəsi Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayıb. 
 
Maide.Az bildirir ki, Kəbə Örtüyü fabrikinin baş direktoru Məhəmməd Abdullah məsələ ilə bağlı danışarkən bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirdi. 
 
Bir çox insanın Kəbə örtüyünə toxunmaq və bəzilərinin örtükdən bir parça kəsmək istədiyini qeyd edən Abdullah, bu halların qarşısını almaq məqsədilə Kəbə örtüyünün yuxarı qaldırıldığını və Kəbənin həmin hissəsinin 47 metrlik ağ parça ilə örtüldüyünü bildirib.
 
14 metr hündürlüyü, 45 metr eni olan və 16 parçadan yaradılan örtü Hudeybiyə yolu üstündə olan fabrikdə 1 il ərzində yalnız bir ədəd istehsal olunur. /

Google+ WhatsApp ok.ru