Çavuşoğlu: İran və Rusiya ilə bölgədəki problemlərin həllində əməkdaşlığa hazırıq

Çavuşoğlu: İran və Rusiya ilə bölgədəki problemlərin həllində əməkdaşlığa hazırıq

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistanda keçirdiyi mətbuat konfransında İran ziyarətinə toxunaraq, İranın çevriliş gecəsi Türkiyəyə çox güclü bir dəstək verdiyini bildirib. 
 
Maide.Az  Presstv-yə istinadən xəbər verir ki, M.Çavuşoğlu bildirib ki,  "müzakirələrdə  Suriya, İraq, Yəmən kimi regional mövzuları və ortaq düşməni olan ya da bizə təhdid meydana gətirən PKK, PJAK kimi terror təşkilatları ilə mübarizə yollarını danışdıq. Suriyada atəşkəsin təmin edilməsi mövzusunda bütün tərəflərlə ikitərəfli ya da çoxlu görüşlərimiz olub.“
 
M.Çavuşoğlu deyib ki, biz hər zaman söyləyirik, bölgədə Suriya, İraq kimi ölkələrdə problemi həll etmək üçün İran və Rusiyanın konstruktiv rolu çox əhəmiyyətlidir.
 
 “Mənfi rol davam edərsə qarşıdurmalar davam edir" ifadəsini istifadə edən Çavuşoğlu, Bu səbəbdən bu rolun müsbət olması üçün biz də əlimizdən gələn səyi göstəririk. “Əməkdaşlığa hazırıq. Yetər ki Suriyanın ərazi bütövlüyü qorunsun. Bu mövzuda onsuz da İran ilə eyni düşünürük. Rusiya da eyni düşündüyünü bizə çatdırmışdı. Bütün bu mövzularda önümüzdəki müddətdə bir çox ölkə ilə telefonda ya da üz-üzə görüşməyə davam edəcəyik "dedi.
 

Google+ WhatsApp ok.ru