Kərbəlada İmam Zeynəl-Abidinin (ə) şəhadəti münasibətilə matəm məclisi keçirildi

Kərbəlada İmam Zeynəl-Abidinin (ə) şəhadəti münasibətilə matəm məclisi keçirildi

Kərbəlada İmam Zeynəlabidinin (ə) müsibətli şəhadəti münasibətilə matəm məclisi keçirilib.

Maide.Az "Deyerler.org" saytına istinadən xəbər verir ki, Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmlərinin xidmətçiləri hicri qəməri təqvimlə 1441-cı il məhərrəm ayının 25-də İmam Zeynəlabidinin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə xüsusi anım mərasimi keçirib.

Müqəddəs hərəmlərin xidmətçiləri Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmindən başlayıb, Beynul Hərəmeyn meydanından keçdikdən sonra, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahına daxil olublar. Yürüş boyunca mərsiyələr oxuyan və şüarlar səsləndirən xuddamlar, İmam Hüseynin (ə) hərəmində möhtəşəm əzadarlıq məclisi keçirərək, oxunan mərsiyə və sinəzənlərlə şəhidlər sərvərinə baş sağlığı veriblər.

Google+ WhatsApp ok.ru