Kabildə intihar hücumu: 10 ölü, 20 yaralı

Əfqanıstanın paytaxtı Kabildə Sərhəd Polisi Baş İdarəsinə intihar hücumu təşkil olunub.
 
Maide.az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazir müavini Əyyub Salangi Kabilin Deh Mazang bölgəsində yerləşən Sərhəd Polisi Baş İdarəsini hədəf alan hücumda ilkin məlumatlara görə, 10 nəfərin öldüyünü, 20 nəfərin də yaralandığını açıqlayıb.
 
Salangi hücumda ölən və yaralananların hamısının mülki vətəndaş olduğunu bildirib.

Google+ WhatsApp ok.ru