Kabildə mikroavtobus partladı: 14 ölü, 8 yaralı

Kabildə mikroavtobus partladı: 14 ölü, 8 yaralı

Kabildə  mikroavtobusun partlaması nəticəsində 14 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Maide.Az  xəbər verir ki, Kabildən  Əfqanıstanın şərqində yerləşən Calal Abad şəhərinə gedən mikroavtobusda partlayış baş verib. 
 
 «Taliban» terror qruplaşması mikroavtobusun partlamasında məsuliyyəti öz üzərinə götürüb.
Partlayışa səbəb  terrorçu intiharçının  hücumu olub.
 Mikroavtobusda  hökumət işçilərinin olduğu bildirilir. Digər bir məlumata görə isə,  mikroavtobusda  Əfqanıstanda  səfirliklərdən birinin  mühafizəsini təmin edən  təhlükəsizlik şirkətin işçiləri olub. Onların hamısı Nepal vətəndaşıdır.  
Bəzi yerli xəbər mənbələri ölənlərin 20 nəfər olduğunu bildirir. 
 

Google+ WhatsApp ok.ru