Yaponlar ABŞ əleyhinə geniş aksiya keçirdiblər

Yaponlar ABŞ əleyhinə geniş aksiya keçirdiblər

Minlərlə yapon Yaponiyanın müxtəlif şəhərlərində ABŞ hərbçilərinin bu ölkədə iştirakına etiraz olaraq, Okinava əhalisinə dəstək istiqamətində aksiya keçirib.

Maide.Az xarici mediaya istinadən məlumat verir ki, bu barədə Kiodo xəbər agentliyinin məlumat yayıb.

Yaponiya xalqı dünən Tokio, Sapporo və Naquya şəhərlərində aksiya keçirərək, ABŞ hərbçilərinin Yaponiyadakı zorakılıq hərəkətlərinə qarşı hiddət ifadə edib.

Yapon etirazçılar habelə tez bir zamanda Okinavadakı Amerika hərbi bazasının yerinin dəyişdirilməsini istəyiblər.

On minlərlə yaponiyalı etirazçı Okinava adasında bir neçə on il yaponların hiddətinə səbəb olmuş bu ölkədə hərbçilərin zorakı hərəkətləri və ABŞ-ın hərbi iştirakına qarşı aksiya keçirib.

20 yaşlı yapon qadının ötən ay bir amerikalı hərbçi tərəfindən qətlə yetirilməsinin ardınca Amerika ordusunun Okinavada iştirakının davam etməsilə müxalifətlər kəskin tərzdə artıbdır. /

Google+ WhatsApp ok.ru