Kabildə Amerikalı və Avstraliyalı müəllimlər qaçırılıb

Kabildə Amerikalı və Avstraliyalı müəllimlər qaçırılıb

 
Əfqanıstanın paytaxtı Kabildə yerləşən Amerika universitetinin iki müəllimi silahlı şəxslər tərəfindən qaçırılıb. 
 
Maide.Az xəbər verir ki, Kabil şəhər polis rəisi Rəhman Rəhimi xəbəri təsdiqləyib və jurnalistlərə müsahibəsində deyib ki, qaçırılan müəllimlər amerikalı və avstraliyalıdır. 
 
Qeyd edək ki, Taliban qruplaşması ötən həftənin cümə axşamı günü Herat vilayətində əcnəbi turistləri qaçırmışdı.  
 
Taliban qruplaşma üzvləri son vaxtlar Əfqanıstanda hücumları artırıb.  
 
Amnesty Internationalın məlumatına görə, son 3 ildə Əfqanıstanda mövcud olan zorakılıqlara görə 1 milyon 200 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
ABŞ-ın "terrorizmlə" mübarizə və "təhlükəsizliyin" təmini bəhanəsi ilə Əfqanıstana hücumundan 15 ildən çox keçməsinə baxmayaraq, Taliban qruplaşması hələ də bu ölkədə öz fəaliyyətini davam etdirir. Talibanın son aylarda aktivləşməsi ilə Əfqanıstanda sabitliyin durumu, xüsusi ilə də böyük şəhərlərdə çox acınacaqlı vəziyyətdədir.

 

Google+ WhatsApp ok.ru