Pakistanda xəstəxanadakı partlayışda ölənlərin sayı 90-ı keçib - YENİLƏNİB3 - VİDEO

Pakistanda xəstəxanadakı partlayışda ölənlərin sayı 90-ı keçib - YENİLƏNİB3 - VİDEO

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayışda ölənlərin sayı 93 nəfərə çatıb.
 
***
Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində xəstəxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 52 nəfəri keçib, onlarla yaralı var. 
 
***
Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində xəstəxanada baş verən partlayış nəticəsində ən azı 42 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
 
Hadisə Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin qətlə yetirilməsindən sonra baş verib. Cəsəd xəstəxanaya çatdırıldıqdan sonra tibb məntəqəsinə jurnalistlər, vəkillər gəliblər. Partlayış məhz həmin anda baş verib. Ölənlərin əksəriyyətinin də məhz jurnalistlər və vəkillər olduğu bildirilir.
 
Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi ərazini mühasirəyə alıblar. Terror təhlükəsi ilə əlaqədar həyəcan elan edilib. Bəlucistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, partlayış kamikadze tərəfindən törədilib. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
 
***
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində xəstəxanada baş vermiş partlayış nəticəsində 30 nəfər həlak olub, 35 insan yaralanıb.
 
Maide.Az xəbər verir ki, ölən və yaralanların əksəriyyətinin vəkillər olduğu bildirilir. Onlar ötən gün silahlı şəxslər tərəfindən öldürülən tanınmış vəkil  Bəluçistanın vəkillər kollegiyasının sabiq rəhbəri Bilal Ənvər Kasi dəfn mərasimində iştirak etmək üçün xəstəxanaya toplaşmışlar. 
 
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.(presstv) 
 

Google+ WhatsApp ok.ru