Kabildə hospitala hücum: 2 ölü, 15 yaralı - YENİLƏNİB

Kabildə hospitala hücum: 2 ölü, 15 yaralı - YENİLƏNİB

(İlk xəbər 09:35-də yayımlanıb)
 
Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücum nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Report xəbər verir ki, ölənlərdən biri xəstəxananın işçisi, digəri isə pasiyentdir.
 
Məlumata görə, hərbi hospitala hücum edən silahlı şəxslər 5 nəfərdir və onlardan biri həkim xalatında olub. Silahlılardan biri xəstəxananın əsas girişində özünü partladıb. Digərləri isə binaya daxil olublar.
 
Şahidlər üzərində həkim xalatı olan şəxsin "AK-47" tipli avtomatdan atəş açdığını və atəş səslərinin başqa yerlərdən də eşidildiyini söyləyiblər.
 
Xəbərdə bildirilib ki, hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru