Kabildə partlayışda xarici fotoqraf və jurnalistlər də öldü

Kabildə partlayışda xarici fotoqraf və jurnalistlər də öldü

-- ölənlərin sayı 21-ə çatıb

Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, xəsarət alanların sayı isə 27 nəfərdir.
 
Bundan əvvəl 7 nəfərin öldüyü, 20-nin yaralandığı bildirilirdi.
 
Məlumata əsasən, partlayışlardan birini motosikletdə olan terrorçu-intiharçı törədib.
 
Ölən və yaralananlar arasında "TOLOnews", "1TV" və "Al Jazeera" telekanallarının jurnalistləri də var. "Frans Press" agentliyi partlayış nəticəsində fotoqrafı Şa Marainin həlak olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru