Ali Xəlifə rejimi Şeyx Qasımın müalicəsinə mane olur

Ali Xəlifə rejimi Şeyx Qasımın müalicəsinə mane olur

-- Şeyx İsa Qasimin təcili müalicə olunmasına ehtiyac var

Bəhreyn hökuməti ev həbsində saxladığı tanınmış alim ölkə şiələrinin rəhbəri Şeyx İsa Qasımın müalicə almasının qarşısını alır. 
 
Maide.Az "Shafaqna"ya istinadən xəbər verir ki, səhhəti yaxşı olmayan və əlil arabasına məhkum olan şeyxin təcili müalicə olunmasına ehtiyac olsa da, Ali Xəlifə rejimi bu şəraiti yaratmır. 
 
Hökumət din xadimlərinə tətbiq etdiyi bu təzyiqlə onları ölkənin siyasi səhnəsinə təsir imkanlarını əllərindən almaq istəyir. 
 
Qeyd edək ki, Şeyx İsa Qasım 2016-cı ilin iyununda Bəhreyn vətəndaşlığından məhrum edilib və ev həbsinə məhkum edilib.
 

Google+ WhatsApp ok.ru