Kaliforniyada avtomobil körpüdən kütlənin üstünə düşüb, 4 nəfər ölüb, 9 nəfər yaralanıb

Kaliforniyada avtomobil körpüdən kütlənin üstünə düşüb, 4 nəfər ölüb, 9 nəfər yaralanıb

 
Kaliforniyada pikap tipli avtomobil idarəetməni itirərək San-Diyeqo-Koronado yolundakı körpüdən festivala toplaşan kütlənin üstünə düşüb, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
 
“Associated Press”ə istinadən verilən xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, daha 9 nəfər isə xəsarət alıb.
 
Məlumata görə, idarəetməni itirən avtomobil yol kənarındakı maneəni uçuraraq 18,2 metr hündürlükdən Çikano parkının ərazisinə düşüb.    
 
Qeyd edək ki, sürücü qəza nəticəsində yüngül xəsarət alıb. Onun sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə həbs olunacağı gözlənilir. (apa) /

Google+ WhatsApp ok.ru