Filippində “Sarika” qasırğası ilə əlaqədar 12,5 min insan evakuasiya edilib

Filippində “Sarika” qasırğası ilə əlaqədar 12,5 min insan evakuasiya edilib

 
Filippin hakimiyyəti gücünə görə üçüncü səviyyədə olan “Sarika” qasırğasının yaxınlaşması ilə əlaqədar ölkənin şimalından 12,5 min insanı evakuasiya edib.
 
“Reuters” agentliyinə istinadən verilən məlumata görə, qasırğanın gücü saatda 150 kmd-dən 130 km-ə enib.
 
Hazırda “Sarika” qasırğası Cənubi Cin dənizinin qərbində hərəkət edir. “Sarika” qasırğası bu il Filippində ən dağıdıcı qasırğa ola bilər.
 
Mütəxəssislər Quam adasından cənubda formalaşan “Haima” burulğanının da bazar ertəsi Filippində dağıntıya yol aça biləcəyindən ehtiyat edirlər. (apa) /

Google+ WhatsApp ok.ru