Kaliforniya ştatında qaz boru kəməri partladı; 15 yaralı - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Frensu şəhərində təbii qaz boru kəmərində baş verən partlayış 15 nəfərin yaralanması ilə nəticələnib.
 
Maide.az-ın verdiyi məlumata görə, Kaliforniya Ştatının Frensu şəhəri Yanğınsöndürmə Mərkəzinin sözçüsü Bit Martinez bildirib ki, tikinti fəhlələri səhvən qaz boru kəmərini qırıblar, bu isə partlayış və yanğına səbəb olub. Nəticədə 15 nəfər yaralanıb və onlardan birinin vəziyyəti ağırdır. 
 
Bit Martinez əlavə edib ki, Kaliforniya ştatında bir buldozer 99 nömrəli əsas boru kəmərini zədələyib, nəticədə bu yanğın baş verib. 
 
Martinezin sözlərinə görə, hadisə əsas şose yolunda hərəkətin hər iki istiqamətdə bağlanmasına səbəb olub.

Google+ WhatsApp ok.ru