Zərif: İran sanksiyaların mərhələli şəkildə ləğvini istəmir

İran xarici işlər naziri deyib: İran və 5+1 Qrupunun nüvə müzakirələrində mövcud həqiqətlərə arxalanmaq və siyasi oyunu kənara qoymaq lazımdır.
 
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Euronews telekanalı ilə müsahibədə əlavə edib: İran və Altılıq qrupunun nüvə müzakirələri iki məqsədə çatmaq üçün səy olmuşdur. 1-ci məqsəd İranın nüvə fəaliyyətlərinin həmişə sülhməramlı qalmasından arxayın olmaq, 2-ci məqsəd isə sanksiyaların ləğv edilməsidir. 
 
"Hər iki məqsəd məntiqlidir. Çünki İran heç vaxt atom silahı istehsal etmək ardınca olmayıb və İrana qarşı ədalətsiz sanksiyalar məsələnin həllinə kömək etmir" -deyə Zərif əlavə edib. 
 
İran xarici işlər naziri həmçinin bildirib: İran sanksiyaların mərhələli şəkildə ləğvini istəmir və əgər Lozannada İran və 5+1 Qrupu arasında müştərək bəyanata müraciət olunarsa, hətta təxirə salmaq termini də müşahidə olunmur və mərhələli termini də müşahidə olunmayacaq. Buna görə, aydındır ki, bütün iqtisadi və maliyyə sanksiyaları sona çatacaq. 
 
İranın xarici diplomatiya idarəsinin rəhbəri vurğulayıb: İran və 5+1 Qrupu yekun anlaşmaya çatdıqları gün anlaşma BMT Təhlükəsizlik Şurasına göndəriləcək və bu şura qətnamə təsdiqləyəcəkdir. Bu qətnaməyə əsasən bütün öncəki qətnamələr ləğv olunacaq və İran əleyhinə bütün sanksiyalara son qoyulacaq. 
 
Avropa Birliyinin Xarici Siyasət bölməsi cümə axşamı günü bir bəyanatda bildirib ki, İranın nüvə proqramı barədə qəti anlaşmanın əldə olunması üçün danışıqlar 2015-ci il 22-23 apreldə Avstriya paytaxtı Vyanada yenidən başlayacaq.

Google+ WhatsApp ok.ru