Kamerunda Boko Harama zərbə endirildi

Kamerunun Votocol şəhərində ordu qüvvələri ilə Boko Haram terrorçuları arasında yaşanan qarşıdurmalarda 40 terrorçunun öldürüldüyü bildirilir.
 
Maide.az-ın məlumatına görə, Kamerunun Ordu sözçüsü Dedier Badjek, "ölkənin şimalındakı Votocol şəhərində ordu qüvvələrinin konvoyuna hücum təşkil edən Boko Haram terrorçuları ilə baş verən qarşıdurmalarda Boko Haram terrorçularından  40 nəfər öldürüldü, bir əsgərimiz yaralandı" deyib.
 
Badjek Boko Haram təşkilatının ölkənin şimalındakı Votocol şəhərinə basqın cəhdi etdiyini də söyləyib.

Google+ WhatsApp ok.ru