Fidel Kastro: `İŞİD-i İsraillə yaratdınız`

Kuba inqilabının əfsanəvi lideri Fidel Kastro nəşr olunan bir məqaləsində NATO-nun Ukrayna böhranıyla birlikdə Moskva üzərindəki təzyiqini nəzərdə tutaraq, Qərb liderlərini ikiüzlülük və təcavüzkarlıqda günahlandırdı.
 
Maide.az-ın məlumatına görə, Fidel məqalədə, "çoxlu sayda insan bəzi Avropalı NATO spikerlərinin sanki bir faşist ədasıyla verdikləri açıqlamanı eşitdikdə çaşıb qalırlar. 
 
Fidel Kastro həmçinin ABŞ-ın Respublikaçı senatoru John McCaini "İsrailin daimi müttəfiqi" adlandırım və Orta Şərq siyasətini çox sərt şəkildə tənqid edib. McCainə yönəltdiyi ittihamlar arasında İsrail rejimimi kəşfiyyat orqanı Mossadı dəstəkləmək və İŞİD terrorçularının yaradılmasında İsraillə birlikdə pay sahibi olmaq diqqət çəkir.
 
Fidelin məqaləsində diqqət çəkən başqa başlıq isə son dövrdə artan imperialist təcavüzkarlıqdır. Kubalı lider hökumətlərin qarşıdurmaları qızışdırmaq yox, daha çox xəstəxana və məktəb tikib, daha çox qida istehsal edərək, ehtiyacı olan milyardlarla insana çatdırmaq olduğunu deyib.

Google+ WhatsApp ok.ru