Kanadada daha bir məscidə hücum olub - FOTO

Kanadada daha bir məscidə hücum olub - FOTO

Kanadada daha bir məscidə hücum olub. Belə ki, Montreal şəhərində Xədicə Məscid İslam Mərkəzi (Khadijah Masjid Islamic Centre) naməlum şəxslər tərəfindən daşa basılıb. Hadisə Kvebek Siti şəhərində ötən bazar baş verən terror qurbanlarından 3-nün dəfn mərasimi olduğu günə təsadüf edib.
 
 
Polisin bildirdiyinə görə, bir neçə gün öncə sprey boya ilə girişinə və pəncərələrinə yazı yazılan həmin məscidə yumurtalarla da hücum olub.
 
 
Son hücumda isə məscidin pəncərələri qırılıb.
 
 
Hüquq mühafizəçilərin sözlərinə görə, hadisə ilə əlaqədar artıq istintaq başladılıb.
 
Mərkəzin rəhbəri bu vandalizm aktından narahat olduğunu deyib: "Bundan sonra nə olacağını bilmirəm. Bu bir sonmu, yoxsa nəyinsə başlanğıcıdır?" (faktxeber) /

Google+ WhatsApp ok.ru