Kanadada müsəlman qəbiristanlığında silahlı hücum

Kanadanın Albert ştatında bir müsəlman qəbiristanlığında silahlı hücum baş verib.
 
Maide.az xəbər verir ki, Kanada Kral Atlı Polisi sözçüsü Şaron Franks "Cochrane" müsəlman qəbiristanlığındakı dəfn prosesi zamanı naməlum şəxslərin mərasimə qatılanlara atəş açdığını söyləyib.
 
Hücumda 4 nəfərin yaralandığını və xəstəxanaya çatdırıldığını bildirən Franks, "Hadisənin nifrət cinayəti və ya irqçi bir hücum olduğunu düşünmürük", - deyib.
 
Qəbiristanlıqda dəfn olunan şəxsin, ürək xəstəliyi nəticəsində 21 yaşında ölən müsəlman olduğunu bildirən Franks, hadisə ilə bağlı istintaqın davam etdiyini və yaralıların vəziyyətlərinin yaxşı olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru