Kanadada müsəlmanlara dəstək üçün məscidlərin ətrafında insan zənciri –FOTO

Kanadada müsəlmanlara dəstək üçün məscidlərin ətrafında insan zənciri –FOTO

Ötən gün Kanadanın paytaxtı Ottavada onlarla insan bu ölkədə yaşayan müsəlmanlara dəstəklərəni göstərmək məqsədilə cümə namazı qılınarkən məscidlərin ətrafında insan zənciri təşkil edib.
 
Maide.Az xəbər verir ki, CBC News-un məlumatına görə, bu təbii addım Kvebek şəhərində məsciddə bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən hücuma cavab olaraq atılıb. 
 
Məlumata görə, Ottava şəhərindən əlavə Kvebek şəhərinin yaxınlığındakı bölgələrin birindədə əhali cümə namazı qılınarkən məscidin ətrafında insan zənciri təşkil edib. 
 
Həmçinin  Kanadanın Alberta əyalətinin Edmonton şəhər məscidindədə  insanlar müsəlmanlara dəstək üçün “sülh dairəsi” təşkil ediblər. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru