Kanadada müsəlman qadınları universitetdə təhsildən məhrum edən qanun

Kanadada müsəlman qadınları universitetdə təhsildən məhrum edən qanun

-- Kanadada İslamofob hücumların sayı 2012 və 2015- ci illərdə 253 % artıb

Kanadanın Kebek əyalətində müsəlman xanımlar əleyhinə təsdiq edilmiş yeni qanun onların universitetdə təhsil almasına maneə yaradacaq.
 
Maide.Az "İqna"-a istinadən xəbər verir ki,  yeni təsdiq olunmuş qanuna əsasən  Kebek əyalətində ümumi xidmət servislərində işləyən və ya istifadə edən müsəlman xanımlar üzlərinə rübənd vura və üzlərini örtə bilməzlər. Yeni qanun müsəlmanlar və ümumi kütlə tərəfindən etirazlarla qarşılanıb. Hökumət bundan öncə də bu qanuna görə kəskin və sərt reaksiyalarla qarşılaşmış və məcbur olmuşdu ki, qanunda dəyişiklik edərək qanunu yüngülləşdirsin.
 
Bu məsələyə münasibət bildirin 15 yaşlı kanada sakini Fərəh Miqati media ilə müsahibəsində deyib ki, hicabsız qadınların üzünü göstərməyə haqlarının oldğu kimi müsəlman qadının da üzünü örtmək haqqı vardır. Bu qanuna görə mən MC GİLL universitetində oxumaq arzuma çata bilməyəcəm.
 
Saytın yazdığına görə, bu probmeli təkcə Miqat deyil, onun kimi onlarla müsəlman xanım yaşamaqdadır.
 
Xəbərin davamında deyilir ki, Kanada müsəlmanlar əleyhinə olan müxtəlif problemlərlə üzüzədir. Kanadada İslamofob hücumların sayı 2012 və 2015- ci illərdə 253% artıb.
 
Avropa Tələbələr Birliyi bəyaniyyə yayaraq yeni qanunu kəskin şəkildə məhkum etdilər və bunu İslamı tədricən ümumu məkanlarda məhdudlaşdırmaq siyasətinin bir hissəsi saydılar.

Google+ WhatsApp ok.ru