İsrail rejimi şirkətləri Səudiyyədə fəaliyyətə başlaya bilər

İsrail rejimi şirkətləri Səudiyyədə fəaliyyətə başlaya bilər

-- Söhbət böyük meqapolisin inşa edilməsini nəzərdə tutan 500 milyard dollarlıq `Neom` layihəsində iştirakdan gedir.

İsrail rejiminin xəbər mənbələrinin yaydığı məlumata görə, İsrail rejimindən olan onlarla şirkət Səud rejiminin vəliəhdinə məxsus meqa-büdcəli tikinti layihələrində iştirak etmək üçün danışıqlar aparır.
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, "The Jerusalem Post" qəzeti İsrail rejiminin onlarla şirkətinin Səudiyyə Ərəbistanının İnvestisiya Fondu ilə danışııqlar apardığını bildirib. Söhbət böyük meqapolisin inşa edilməsini nəzərdə tutan "Neom" layihəsində iştirakdan gedir.
 
Səud vəliəhdi Muhəmməd bin Salman bu günlərdə 500 milyard dollarlıq "Neom layihəsi"nin başladılıdığını bildirib. Layihə çərçivəsində Səudiyyə, Misir və İordaniya ərazilərində böyük tikinti işləri aparılacaq. Sİonist İsrail rejimi şirkətləri bu layihədə iştirak edərsə, on illər öncə bu rejimə qarşı tətbiq edilmiş boykot aradan qaldırılmış olacaq.
 

Google+ WhatsApp ok.ru