Kanadada `Steakhouse` restoranlarında menyuya halal yeməklər əlavə edilib 30 Mart 2017 01:00 Dünya Kanadada "Steakhouse" restoranlarında menyuya halal yeməklərdə daxil edilib. Madie.info “aboutislam” saytına istinadən xəbər verir ki, halal ətin keyfiyyəti yaxşı olduğu üçün Kanadada bir çox restoranlar, o cümlədən "Steakhouse" restoranlarını halal yeməklər verməyə başlayıb. Toronto şəhərində baş aşpaz işləyən Corey Vitilo deyir ki, ən dadlı yeməklər halal yeməklərdir. “Mən bu əti onun keyfiyyəti və dadına görə həmişə alırdım, indi bilmişəm ki, bu növ ətlər halal ətlərdir”. Toronto şəhərində "Halal" məhsulların sərgisini təşkilatçılarından olan Salima Civrac deyib ki, Kanada restoranları halal məhsullar təqdim etməkdə maraqlıdırlar. “Halal yeməklərlə bağlı ehtiyacları tam təmin etmək üçün restoranlarda çalışan aşpazlar və xidmətçilərə təlimlər keçilməlidir. Bəzi hallarda xidmətçilərin səhvindən müştərilərə qeyri-halal yeməklər verilir. Lakin ümumilikdə onların bu işin alqışlayırıq və uzun müddətdə cəmiyyətdə halal yeməklərin verilməsi öz layiqli yerini tapacaq”. 2011-ci ilin statistikasına görə, Kanadada bir milyondan çox müsəlman yaşayır. Halal yeməklər dünyada 1,5 milyard müsəlmanla yanaşı, həm də 500 milyon qeyri-müsəlman tərəfindən də istifadə olunur. Dünyada hazırda halal məhsullar 2 milyard dollar dəyərində istifadə olunur. / Teqlər : #Kanadada `Steakhouse` restoranlarında menyuya halal yeməklər əlavə edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da ağır qəza: ölənlərin sayı artıb Cənubi Koreyanın sabiq prezidentinin həbsi barədə qərar verilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO