Kanadalı qadınlar islamofobiyaya etiraz olaraq 1 ay başlarını örtəcək - FOTO

Kanadalı qadınlar islamofobiyaya etiraz olaraq 1 ay başlarını örtəcək - FOTO

FaktXeber.com-un radiosarajevo-ya istinadla verdiyi məlumata görə, Kanadada bir qrup qadın islamofobiyaya etiraz və müsəlman qadınlara dəstək üçün bir ay hicab taxacaqlarını bəyan edib. Bildirilir ki, Kanadada 2014-cü ildən bu yana keçirilən "Dünya Hicab Günü" (World Hijab Day) tədbiri Alberta ştatının Fort Mak Murrey şəhərində bu il fərqli maraq doğurub.
 
 
Tədbirin təşkilatçısı Kiran Malik Xan  artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib.
 
Kiran Malik Xan
 
"Hicab dinin simvolu olduğu üçün onlara 30 gün boyunca yerinə yetirməli olduqları şərtləri də izah etdik. Baş örtüyünü niyə taxdığımız  və digər məsələləri anlatdıq. Onların hamısı şərtləri yerinə yetirəcəklərinə söz verdi", -deyə o, bəyan edib.
 
 
 
 
Digər tərəfdən Fort MakMurrey şəhərində "Dünya Hicab Günü" çərçivəsində keçirilən aksiyada yüzlərlə qadın müsəlmanlara dəstək verib.
 
 
Bir çox xanımlara hicablar hədiyyə edilib.
 
 
 

 

Google+ WhatsApp ok.ru