Kanada Maduroya qarşı sanksiya tətbiq edib 23 Sentyabr 2017 01:00 Dünya Kanada hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib. Bu barədə Kanada XİN-in məlumatında bildirilir. Məlumatda bildirilir ki, sanksiyalar Venesuelada demokratiyanın pisləşməsinə cavabdeh olan insanlara qarşı tətbiq edilir. Ümumilikdə, cəza tədbirləri 40 Venesuela vətəndaşına şamil edilib. İlyulun 31-də ABŞ hökuməti i Nikolas Maduroya qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulub, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanıb. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. (apa) / Teqlər : #Kanada Maduroya qarşı sanksiya tətbiq edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və İraq Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq üçün iki yeni sərhəd buraxılış məntəqəsi açacaq Nyu-York küçələrində Əhli-beyt (ə) aşiqlərinin əzadarlığı – VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO