İran  və İraq Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq üçün iki yeni sərhəd buraxılış məntəqəsi açacaq

İran və İraq Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq üçün iki yeni sərhəd buraxılış məntəqəsi açacaq

İranın Daxili İşlər naziri Əbdürrrza Rəhmani Fəzli deyib ki, İraq ilə hazırda müzakirələr aparılır ki, İmam Hüseynin (ə) Ərbəin ziyarəti üçün İran-İraq sərhədində yeni 2 sərhəd-keçid məntəqəsinin açılışı olsun.
 
Maide.Az "İSNA"ya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, yeni açılacaq məntəqələr Xosrəvi və Dehloran sərhəd-keçid məntəqələridir. 
 
Əgər ölkələr arası razılıq olsa, bu il Ərbəin ziyarətində İmam Hüseyn (ə) zəvvarları üçün əlverişli şərait yaranacaq.
 
Əbdürrrza Rəhmani Fəzli deyib ki, ötən il İrandan Ərbəin ziyarətinə 2 milyon 300 min nəfər zəvvar gedib. Və bu ilki Ərbəin ziyarətində zəvvarların sayının daha çox olacağı ehtimal olunur. 
 
O deyib ki, zəvvarları İraqa daşımaq üçün 50 min avtobusa ehtiyaca ehtiyac var ki, hazırda bunun üçün işlər gedir. 
 
Qeyd edək ki, Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Bundan öncə Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilirdi. 
 
Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 9  noyabr tarixinə təsadüf edir.

Google+ WhatsApp ok.ru