Kanada müsəlmanlarının “İsrafsız Ramazan` layihəsi

Kanada müsəlmanlarının “İsrafsız Ramazan` layihəsi

Kanadanın Toronto şəhər müsəlmanları Ramazan ayının gəlişi münasibətilə “İsrafsız Ramazan” yeni təşəbbüs layihəsinə start verib. 
 
Maide.Az xəbər verir ki, təşəbbüs layihəsinə görə, Toronto şəhərinin müxtəlif bölgələrində yaşayan müsəlmanlar, Ramazan ayında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik su qutularından istifadə etməyəcək.  
 
Ekologiya və ətraf mühitə ziyan vurmamaq məqsədi ilə atılmış bu təşəbbüs layihə çərçivəsində, Kanadanın müxtəlif bölgələrindəki məscidlərdə istifadə üçün xüsusi su qutusu hazırlanıb.   
 
Layihə icraçılarında Taha Qəyur deyib ki, biz həqiqətən ətraf mühitə önəm veririk və bu diqqəti Ramazan ayında daha da çoxaldırıq. /

Google+ WhatsApp ok.ru