Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib 22 May 2017 01:00 Dünya Dünyada yüz minlərlə uşaq Ümumdünya Ərzaq Təşkilatının maliyyələşməsində yaranan problemlə əlaqədar aclıqdan ölmək təhlükəsi ilə üzləşib. APA-nın “Associated press”ə istinadən verdiyi məlumata görə, bunu təşkilatın icraçı direktoru Devid Bisli deyib. O bildirib ki, təşkilatın maliyyələşməsində boşluqlar həll olunmasa, 600 min uşaq acından ölə bilər. D. Bisli qeyd edib ki, təşkilatın ABŞ tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının qarşısını almaq üçün Vaşinqtonda olan bütün əlaqələrini işə salacaq. Qeyd edək ki, Devid Bisli daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru olub. / Teqlər : #Ümumdünya Ərzaq Təşkilatı: Yüz minlərlə uşaq aclıq təhlükəsi ilə üzləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanada müsəlmanlarının “İsrafsız Ramazan` layihəsi Ənsarullah baş katibi Trampın Səudiyyə səfərinə münasibət bildirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO