Kanadanın baş naziri Ramazan ayı münasibəti ilə müsəlmanları belə təbrik etdi

Kanadanın baş naziri Justin Trudeau Ramazan ayının ilk günü Kanada Parlamentinin müsəlman nümayəndələrini iftar süfrəsinə dəvət edib və onlara iftar qonaqlığı verib. 
 
Maide.Az xəbər verir ki, J.Trudeau həmçinin Ramazan ayının gəlişi münasibəti ilə xüsusi təbrik mesajı yayımlayıb və ölkəsində yaşayan bütün müsəlmanları bu mübarək ayın gəlişi münasibəti ilə təbrik edib. 
 
Qeyd edək ki, Kanada hökumətinin statistikasına əsasən bu ölkənin 32.8 milyonluq əhalisinin 19 faizini müsəlmanlar təşkil edir. 
 

 

Google+ WhatsApp ok.ru