Müsəlman qadın basketbol meydançasında hicab geyinmək uğurunda mübarizə aparır

Kaliforniyadan olan müsəlman qadın İndira Kalye Beynəlxalq Basketbol Federasiyasının hicabla bağlı tətbiq etdiyi qadağanın aradan qaldırılması üçün mübarizə aparır.
 
Maide.Az İslam.ru-ya istinadən verdiyi xəbərə görə, perspektivli müsəlman basketbolçu hicabla basketbol meydançasına çıxmaq istəyən zaman çoxsaylı çətinliklərlə qarşılaşıb.
Qeyd edək ki, İran İslam Respublikasında qadınlardan ibarət basketbol komandası hicablı geyimləri ilə ölkə daxilində və beynəlxalq yarışlara qatılır və bununla bağlı heç bir qadağa yoxdur. Digər ölkələrdə o cümlədən İndoneziya, Qətər, Misir, Türkiyə və Bosniyada basketbol meydançasında hicab geyinmək qadağan deyil.
Hal-hazırda sözügedən müsəlman qadın bu qadağanın aradan qaldırılması üçün xüsusi proqram hazırlayır./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru